İspaniya millisinin baş məşqçisi Luis Enrike yerli mətbuata danışıb.
Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, o, bu gün Millətlər Liqasında Portuqaliya ilə oyundan gözləntilərini bölüşüb.
İspaniyalı mütəxəssis hər iki komandanın heyətini müqayisə edib:
“İndi Portuqaliya millisinin futbolçuları İspaniya yığmasının oyunçularından daha güclüdü. Çünki portuqaliyalılar İngiltərə Premyer Liqasında, İspaniya Primerosunda və Avropanın digər güclü çempionatlarında çıxış edirlər. Portuqaliya futbolçu ixrac edir ki, bu da çox maraqlıdır. Ümid edirəm ki, hər iki komanda dünya çempionatında özünü ən yaxşı tərəfdən göstərəcək”.
saytlarin hazirlanmasi
