Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının keçmiş baş məşqçisi Milan Obradoviç Sportal.az saytına açıqlama verib.
Serbiyalı mütəxəssis əsas millimizin Millətlər Liqasındakı son üç turdakı qələbəsini şərh edib. Bununla yanaşı Obradoviç Canni De Byazinin millidəki postunda qalmasının doğru olub-olmamasına da münasibət bildirib.
"Azərbaycanın oyunlarını həmişə izləyirəm. Bu komanda qalib gələndə hər zaman sevinirəm. Çünki qələbə həmişə xoşdu, dəyərlidi. Hər halda, bu qələbələr lazımsız deyil. Üç xal həmişə vacibdi. Son görüşdə 3:0 qalib gəldilər. Azərbaycana və millinin futbolçularına qələbə lazım idi. Onları təbrik edirəm. Taktiki gedişlər haqda barədə danışmazdım. Doğrudu, dərin analiz də edə bilərəm. Amma ehtiyac görmürəm. Əsas odur ki, qələbələr qazanıldı və onları təbrik edirəm. Daimi qələbə çox vacibdi.
Canni De Byazi məsələsinə gəlincə, Millətlər Liqasında onun qarşısına hansı vəzifə dayandığından xəbərsizəm. Son qələbələrin xeyri olacaq, ya yox onu bilmirəm. Bu haqda danışmağım doğru çıxmaz. Digər tərəfdən, Canni De Byazinin özü Azərbaycan millisində qalmaq istəyir, ya yox, bunu da bilmək lazımdı. Bəli, AFFA-nın da onunla müqavilə müddətini uzatmaq istəyib-istəmədiyini bilmirik. İtaliyalı mütəxəssis milli üçün lazımı sistemi tapdı, ya yox, bunu futbolçulardan soruşmaq lazımdı. İstənilən halda, Azərbaycana hər kateqoriyada çoxlu qələbələr arzulayıram. Ölkənizin qazandığı hər qələbəyə çox sevinirəm".
Mirbağırağa
