İngiltərə millisi Millətlər Liqasının qrup mərhələsinin son turunda Almaniya ilə 3:3 oynayıb.
Sportal.az "The Times"a istinadən xəbər verir ki, bununla da ingilislərin qələbəsizlik seriyası 6-ya çatıb.
Belə ki, Qaret Sautqeyt Millətlər Liqasında keçirdiyi görüşlərdən üçündə bərabərə qalıb, üçündə isə uduzub.
Milli sonuncu dəfə 1993-cü ildə bu cür uğursuzluq yaşamışdı. 29 il sonra isə komandanın qalibiyyətsizlik oyunlarının seriyası altıya çatıb ki, onlar antirekordu təkrarlamış olub.
Xatırladaq ki, İngiltərə millisi Millətlər Liqasında qrupu sonuncu pillədə başa vuraraq B divizionuna yuvarlanıb.
