"Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyev karyerasını Türkiyədə davam etdirə bilər.
Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçiyə Türkiyə 1-ci liqasında yarışan "Boluspor"dan təklif gəlib.
Bolu təmsilçisi qışda Hacıyevi heyətinə qatmaq üçün cəhd edəcək.
Əslində, Türkiyə klubu azərbaycanlı futbolçunu çoxdandır ki, heyətində görmək istəyir. Keçidin baş tutub-tutmayacağı isə qışda dəqiqləşəcək.
