İsveçrə millisinin üzvü "Mançester Yunayted"ə keçməyə yaxın olub

15:37 - 27 Sentyabr 2022

"Mançester Yunayted" yayda Manuel Akanjini heyətinə qatmaq istəyib.

Sportal.az "The Telegraph"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" yayda yarımmüdafiəçini transfer etmək istəsə də, isveçrəli seçimini şəhərin digər klubundan yana edib.

Əslində, futbolçu özü də "Mançester Yunayted"in hazırkı çalışdırıcısı Erik ten Haqla çalışmaq istəməyib. Ona görə də sonda seçimini "şəhərlilər"dən yana edib. 

“Vintertur”, “Bazel”, “Borussiya”(Dortmund) klublarında oynamış 27 yaşlı futbolçu bir müddət əvvəl “Mançester Siti” ilə anlaşıb.
 

Xəbər xətti