"Azərbaycana qarşı matç çətin olacaq"

15:58 - 27 Sentyabr 2022

Moldovanın U-21 yığmasının baş məşqçisi Ştefan Stoyka bu gün Bakıda Azərbaycan yığmasına qarşı ilə keçiriləcək yoldaşlıq oyunu ilə bağlı fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, MFF-nın rəsmi saytına danışan baş məşqçi bunları deyib:

"Aydın məsələdir ki, Azərbaycana qarşı matç çətin olacaq. Vaxtımız da az idi. Hazırda AVRO-2023-ün seçmə mərhələ oyunlarında iştirak edən U-19 yığmasından 2004 təvəllüdlü daha bir neçə futbolçu bizə qoşulacaq. Orada da yaxşı futbolçular var. Həmin futbolçulara da baxacağıq".

Xatırladaq ki, Azərbaycan və Moldovanın U-21 yığmalarının görüşü saat 19:00-da "Dalğa Arena"da keçiriləcək.

Xəbər xətti