Türkiyənin "Adanaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, I Liqa təmsilçisini Ömder Karaveli çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
48 yaşlı mütəxəssislə 2023-cü ilin yayında kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Önder Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək "Qarabağ"ın akademiyasında çalışıb. O, ötən mövsümdə "Beşiktaş"ın baş məşqçisi olub.
saytlarin hazirlanmasi