Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan U-16 yığmamız yoxlama görüşünə çıxıb.
Sportal.az xəbər verir ki, Türkiyənin müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gələn komandamız 1:3 məğlub olub..Millimizin heyətində 72-ci dəqiqədə Sadiq Məmmədli fərqlənib.
Komandalar arasında ikinci matç sentyabrın 29-da oynanılacaq.
