Futbol üzrə Azərbaycan I Divizionunda V turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, "Araz Naxçıvan" doğma meydanda "Sumqayıt-2"ni qəbul edib. Qarşılaşma Muxtar Respublika təmsilçisinin 4:0 hesablı qələbəsiylə başa çatıb.
5 turdan sonra maksimum nəticə göstərən "Araz Naxçıvan" çempionatın lideridir. "Sumqayıt-2" isə 3 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
"Araz Naxıvan" - "Sumqayıt-2" 4:0
Qollar: Orxan Əliyev, 27, 42, 64, Fərid Kərimzadə, 44
saytlarin hazirlanmasi