Rusiya Kubokunda qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular Ayaz Quliyevlə İlya Sadıqovun çıxış etdiyi "Ximki" doğma meydanda "Lokomotiv"lə qarşılaşıb. Matç Moskva təmsilçisinin 5:0 hesablı qələbəsiylə başa çatıb.
Ayazın adı bu matçın iştirak ərizəsinə salınsa da, o, sonadək ehtiyatda qalıb. İlya isə start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.
3 turdan sonra 1 xal toplayan "Ximki" 4 komandanın yer aldığı qrupda sonuncu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi