Millinin sabiq üzvü hərbi komissarlığa çağırıldı

20:11 - 29 Sentyabr 2022

Rusiya millisinin sabiq üzvü Diniyar Bilyaletdinov hərbi komissarlığa çağırılıb.

Sportal.az "gazeta.ru"ya istinadən xəbər verir ki, "Lokomotiv", "Rubin", "Everton" kimi klublarda çıxış etmiş veteran futbolçu çağırışlarçılar sırasında olmasından danışıb:

"Hər şey yaxşıdı. Hərbi komissarlığa getdim, bəzi sənədləri yenilədim. Məlumatları yoxlamaq lazım idi. Heç bir sual yox idi, məni dərhal evə buraxdılar”. 

Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə sentyabrın 21-dən Rusiyada qismən səfərbərlik elan edilib.

Bundan əvvəl boks üzrə keçmiş dünya çempionu, Dövlət dumasının deputatı Nikolay Valuyevə də qismən səfərbərlik çərçivəsində çağırış vərəqəsi göndərilib.

Xəbər xətti