Türkiyə yığmasında debüt edən Azərbaycan millisinin sabiq üzvü: "Özümü şanslı hesab edirəm"

21:33 - 29 Sentyabr 2022

Azərbaycanın U-17 və U-19 yığmasının sabiq üzvü Berkay Vardarın Türkiyənin U-21 yığmasında debüt etməsi barədə xəbər vermişdik.

Sportal.az xəbər verir ki, “Beşiktaş”ın futbolçusu Türkiyə yığmasındakı debütü barədə instaqram hesabında yazıb:

“Ay-ulduzlu” formanı geyinmək şərəfinə nail olduğum üçün özümü çox şanslı hesab edirəm. Yaş kateqoriyasından asılı olmayaraq, ölkəmə daha yaxşı xidmət etmək üçün bundan sonra da maksimum gücümlə çalışacam. Ümid edirəm ki, A milli formanı da geyinmək qismət olar”.



Mirbağırağa

Xəbər xətti