İtaliya millisinin qapıçısı klubunu dəyişməyəcək

21:49 - 29 Sentyabr 2022

"Napoli" Aleks Mereti buraxmaq istəmir.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, neapollular 25 yaşlı qolkiperlə müqavilə müddətini uzadacaq.

İtaliyalı qapıçının məxsus olduğu klub ona illik 1,5 milyon avro maaş ödəyəcək.

“Udineze” yetirməsi olan qapıçı SPAL-da icarə əsasında oynadıqdan sonra 2018-ci ildə “Napoli”yə keçib. Meretin klubla müqaviləsi 2023-cü ildə başa çatıb.

Xəbər xətti