Millinin baş məşqçisi istefaya göndəriləcək

22:54 - 29 Sentyabr 2022

İngiltərə millisində baş məşqçi Qaret Sautqeyt istefaya göndərilə bilər.

Sportal.az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, federasiya onunla dünya çempionatından sonra yollarını ayıracaq.

Sautqeyt milliyə Qətərdə keçiriləcək mundialda çempionluq qazandırsa belə, federasiya onu postunda saxlamaq istəmir. 

İngiltərə millisi Millətlər Liqasının A divizionunun üçüncü qrupunda üçüncü pilləni tutaraq B divizionuna yuvarlanıb.

 

Xəbər xətti