"Fənərbaxça" Türkiyə Super Liqasının 8-ci turu çərçivəsində səfərdə "Beşiktaş"ın qonağı olacaq.
Sportal.az xəbər verir ki, "sarı-lacivərtlilər" İstanbul derbisinə ciddi itkilərlə çıxacaq. "Kanarya"nın müdafiəçisi Serdar Aziz, hücumçular Emre Mor və Coşua Kinq zədə səbəbindən vacib oyunda iştirak edə bilməyəcəklər.
Qeyd edək ki, "Beşiktaş" - "Fənərbaxça" qarşılaşması 2 oktyabr tarixində Bakı vaxtilə saat 21:00-da start götürəcək.
saytlarin hazirlanmasi