Mahir Emrelinin komandası növbəti matçına çıxır

10:26 - 1 Oktyabr 2022

Milli komandamızın forvardı Mahir Emrelinin formasını geyindiyi "Dinamo" bu gün Xorvatiya çempionatında 11-ci turun oyununa çıxacaq.

Sportal.az xəbər verir ki, Zaqreb təmsilçisi evdə "Slaven Belupo" ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

"Dinamo" 28 xalla turnir cədvəlinin lideridi. "Slaven Belupo" isə 17 xalla üçüncüdü.

21:30. "Dinamo" (Zaqreb) - "Slaven Belupo"

"Maksimir" stadionu.

Xəbər xətti