Ukrayna millisinin üzvü "Roma"ya keçir

13:12 - 1 Oktyabr 2022

"Atalanta" və Ukrayna millisinin üzvü Ruslan Malinovski yayda komandasını dəyişəcək.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "Roma" ukraynalını transfer etmək üçün indidən hərəkətə keçib.

"Canavarlar" 2023-cü ilin yayında azad agent statusuna yiyələnəcək Malinovskini yola gətirmək üçün ona yüksək maaş təklif edəcək. 29 yaşlı futbolçunun İtaliyanın paytaxtına köçmək niyyətində olduğu bildirilir.

​“Şaxtyor”, “Sevastopol”, “Zorya”, “Genk” klublarında çıxış etmiş yarımmüdafiəçi 2019-cu ildən “Atalanta”da oynayır.

Xəbər xətti