"Bavariya"nın azarkeşləri İrandakı qadınlara dəstək nümayiş etdirdi - FOTO

14:46 - 1 Oktyabr 2022

"Bavariya" azarkeşləri Almaniya Bundesliqasının 2022/2023 mövsümünün 8-ci turunun "Bayer"lə (Leverkuzen) oyununda (4:0) İrandakı qadınlara dəstək nümayiş etdirib.

Sportal.az "championat.com"a istinadən xəbər verir ki, bu, görüşün 61-ci dəqiqəsində “Bayer”in iranlı hücumçusu Serdar Azmunun meydana çıxmasından sonra baş verib. 

Belə ki, iranlı hücumçunun meydana çıxmasından sonra Münhen klubunun azarkeşləri üzərində "İranda feminist inqilabına həmrəylik" yazılmış böyük pankart açıblar.

Xatırladaq  ki, İrandakı etiraz aksiyası hicabını düzgün geyinmədiyi üçün polis tərəfindən saxlanılan və dünyasını dəyişən 22 yaşlı Məhsə Əmininin ölümündən sonra başlayıb.
 

Xəbər xətti