Nağıyev oynadı, komandası məğlub oldu - VİDEO

15:59 - 1 Oktyabr 2022

Ukrayna Premyer Liqasında 5-ci turun oyunları start götürüb.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Dmitri Nağıyevin formasını geyindiyi "İnqulets" "Vorskla"nı qəbul edib.

Nağıyevin komandası evdə rəqibinə 0:1 uduzub. Start heyətində meydana çıxan həmyerlimiz 77-ci dəqiqədə əvəzlənib.

Hazırda "İnqulets" iki xalla turnir cədvəlinin 15-ci pilləsindədi.

Xəbər xətti