Tərlan Əhmədovdan qadağa

16:18 - 1 Oktyabr 2022

"Kəpəz" Premyer Liqanın 8-ci turunda "Sumqayıt"ın qonağı olacaq.

Sportal.az saytına verilən məlumata görə, geridə qalan 7 tur ərzində 3 xal toplayan Gəncə təmsilçisinin baş məşqçisi Tərlan Əhmədov futbolçulara maraqlı qadağa tətbiq edib.

50 yaşlı mütəxəssis oyunçuların mətbuatla ünsiyyətdə olmasını, müsahibə, açıqlama verməsini yasaqlayıb.

​Əhmədovun qərarına əsasən futbolçular yalnız klubun mətbuat xidmətinə müsahibə verə bilərlər.

Xəbər xətti