"Real" Benzemanın xidmətindən istifadə edə biləcək

16:31 - 1 Oktyabr 2022

"Real"ın forvardı Kərim Benzema İspaniya Primerosunun 7-ci turunda "Osasuna"ya qarşı keçiriləcək matçda iştirak edə biləcək.

Sportal.az xəbər verir ki, bu barədə "kral klubu"nun baş məşqçisi Karlo Ançelotti bildirib.

O, fransalı hücumçunun "Osasuna" ilə görüşdə meydana çıxmaq şanslarını dəyərləndirib: "Benzemanın fiziki durumu çox yaxşıdı. Sabah ilk dəqiqələrdən meydanda olacaq. Düşünürəm ki, əla formadadır. Kərim oynayacaq".

"Real" 6 turdan sonra 18 xalla liderdi. "Osasuna" isə 12 xalla turnir cədvəlinin 6-cı pilləsindədi.

Xəbər xətti