"Qəbələ" - "Hayduk" matçının biletləri satışda

19:19 - 1 Oktyabr 2022

UEFA Gənclər Liqasının "Qəbələ" - "Hayduk" cavab matçının biletləri satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, biletlərin qiymətləri 2 və 5 AZN-dir. Biletləri Qəbələ şəhər stadionu və "Qəbələ" oteldə yerləşən fan-şopdan əldə edtmək mümkündür.

UEFA Gənclər Liqası

Çempionlar yolu, I mərhələ

Cavab oyunu, 4 oktyabr

17:00. “Qəbələ” (Azərbaycan) – “Hayduk” (Xorvatiya)

Hakimlər: Arda Kardeşler, Mehmet Emin Tuğral, Süleyman Ozay (hamısı Türkiyə)
Qəbələ şəhər stadionu
İlk oyun – 0:3

Xəbər xətti