Xorvatiya I Liqasında XI turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geydiyi "Dinamo" doğma meydanda "Slaven"lə qarşılaşıb. Matç Zaqreb təmsilçisinin 4:1 hesablı qələbəsiylə başa çatıb.
Mahir Emreli bu görüşün iştirakçısı olmayıb. 25 yaşlı forvard sonadək ehtiyat oyunçular skamyasında əyləşib.
Xallarını 31-ə yüksəldən "Dinamo" liderliyini davam etdirir.
saytlarin hazirlanmasi