"Beşiktaş"da yeni müqavilə

13:33 - 2 Oktyabr 2022

Türkiyənin "Beşiktaş" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi qapıçı Ersin Destanoğlu ilə "nikah təzələyib". Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

21 yaşlı "əlcək sahibi" ilə 4 illik müqavilə imzalanıb. Gənc qolkiper illik 13 milyon TL maaş alacaq.

 

Qeyd edək ki, Ersin Destanoğlu "Beşiktaş"ın yetirməsidir. O, "qara qartallar"ın əsas komandasının heyətində 91 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti