Azərbaycan millisinin hücumçusu dünyanın ən yaxşısı seçilə bilər

17:11 - 3 Oktyabr 2022

Ümumdünya Çimərlik Futbolu Təşkilatı (BSWW) 2022-ci ilin ən yaxşı oyunçuları və məşqçiləri adına namizədlərin siyahısını açıqlayıb.

Sportal.az xəbər verir ki, ən yaxşı futbolçu adına 100 namizədin arasında Azərbaycan millisinin hücumçusu Sabir Allahquliyev də var.

Milli komandaların kapitanları və məşqçiləri arasında oktyabrın 11-dək səsvermə keçiriləcək. Qalibin adı isə noyabrın 6-da Dubayda (BƏƏ) keçiriləcək qala gecəsində elan olunacaq.

Xəbər xətti