"Kəpəz"in təcrübəli futbolçusunun durumu bəlli oldu

19:09 - 3 Oktyabr 2022

"Sumqayıt" ilə oyun öncəsi məşqdə zədələnən Əfran İsmayılovun vəziyyətinə aydınlıq gəlib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, əzələsi dartılan yarımmüdafiəçi təxminən 10 gün məşq edə bilməyəcək.

Bu müddətdə futbolçu müalicə və bərpa prosesi keçəcək.

Xatırladaq ki, Premyer Liqanın 8-ci turunda "Kəpəz" "Sumqayıt"la səfrədə 0:0 oynamışdı.

Xəbər xətti