"Yuventus"un yarımmüdafiəçisi Manuel Lokatelli "Arsenal"ın maraq dairəsindədi.
Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, London təmsilçisi yarımmüdafiənin mərkəzindəki boşluğu italiyalı ilə aradan qaldırmaq niyyətindədi.
"Topçular" Lokatellini qışda heyətinə qatmağa cəhd edəcək. Artıq tərəflər arasında danışıqlara start verilib. "Qoca sinyora" 24 yaşlı futbolçunu buraxmağa hazırdı.
“Milan”, “Sassuola” formaları geyinmiş yarımmüdafiəçi 2021-ci ildən “Yuventus”da çıxış edir. O, İtaliya millisinin də üzvüdü.
