"Yuventus" və İtaliya millisinin üzvü Federiko Kyesa zədəsini sağaltmaq üzrədir.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi bu ilin əvvəlində sol dizin ön çarpaz bağının zədələnməsinə görə əməliyyat edilib. Bu gün isə o, komanda ilə məşqin bir hissəsinin iştirakçısı olub.
Kyeza sonuncu dəfə yanvarın 9-da meydana çıxıb.
İtaliyalının oktyabrın 25-də ÇL-in "Benfika" ilə oyununda meydana çıxa biləcəyi bildirilir.
