Aleksandr Çeferin UEFA prezidenti vəzifəsində qalmaq üçün namizədliyini irəli sürəcək.
Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Çeferinin müxtəlif ölkələrdən dəstək məktubları aldığına görə növbəti dəfə namizəd olacağı bildirilir. Məlumata görə, o, seçkilərdə yeganə namizəddi.
Seçkilər 2023-cü il aprelin 5-də UEFA Konqresində keçiriləcək. Tədbir Portuqaliyanın paytaxtı Lissabo şəhərində baş tutacaq.
Xatırladaq ki, sloveniyalı 2016-cı ildən UEFA-nın prezidentidir.
