"Nyukasl" futbolçusu Kallum Uilsonla yeni müqavilə imzalayacaq.
Sportal.az "The Athletic" portalına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi futbolçusunu başqa kluba buraxmayıb.
İngiltərə millisində cəmi 4 oyun keçirmiş 30 yaşlı forvard 2020-ci ildə “Bornmut”dan “Nyukasl”a keçib.
Yeni müqaviləyə əsasən Uilson komandanın ən yüksək ödənişli futbolçusu olacaq.
