"Qarabağ"ın rəqibini darmadağın etdilər

10:59 - 13 Yanvar 2023

Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Gent" Belçika kubokunda oyuna çıxıb.

Sportal.az xəbər verir ki, Ağdam klubunun rəqibi 1/4 finalda "Royale Union"la üz-üzə gəlib.

"Gent" rəqibinə 0:4 uduzaraq turnirlə vidalaşıb.

"Qarabağ"ın "Gent"ə qarşı ilk oyunu fevralın 16-da Bakıda, cavab görüşü isə fevralın 23-də səfərdə Belçikada oynanılacaq.

Xəbər xətti