Azərbaycan Basketbol Liqasında 13-cü turun daha bir oyunu keçirilib.
Sportal.az xəbər verir ki, çempionluğa iki iddialı klub - "Gəncə" və NTD üz-üzə gəlib.
NTD rəqibini 86:79 hesabı ilə məğlub edib. Belədə, Tahir Baxşıyevin komandası yenidən vahid lider olub.
Turun "Neftçi İK" – "Zirvə Astara" və "Olimpik Şəki" – "AAAF Xırdalan" matçları yanvarın 14-ü və 15-də keçiriləcək.
