Ekvador millisi də baş məşqçisiz qalıb.
Sportal.az xəbər verir ki, Qustavo Alfaru postundan ayrılıb.
Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
2020-ci ildən Ekvador millisini çalışdırmış 60 yaşlı mütəxəssisin bundan sonra karyerasına harada davam etdirəcəyi hələ ki, dəqiqləşməyib.
