Fransa millisinin forvardı "Milan" rəhbərliyi ilə danışıq aparır

13:48 - 13 Yanvar 2023

Fransa millisinin hücumçusu Olivye Jiru “Milan”la müqavilə müddətini uzatmaq istəyir.

Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, təcrübəli forvard “rossonyerlər”lə danışıqlar aparır. 

Tərəflər yaxın vaxtlarda daha bir görüş keçirəcəklər.

Jiru “Milan”la müqaviləsini 2025-ci ilin yayına qədər uzatmağa razılaşıb.

​Onun maaşı təxminən 4 milyon avro ola bilər.

 

Xəbər xətti