"Roma"nın baş məşqçisi Joze Mourinyo ölkə kubokunun 1/8 finalında "Cenoa"ya 1:0 qalib gəldikdən sonra İtaliya kubokunun formatını tənqid edib.
Sportal.az "Football Italia"ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis məsələ haqda bunları deyib:
"İtaliya kubokunu qazanmaq istəyərdim. Bir dəfə “Roma”ya qalib gələrək bunu etmişdim. Bu dəfə isə Romada “Roma” ilə qalib gəlmək istəyərdim. Düşünürəm ki, bu, Avropanın ən pis kubokudur. Çünki kiçik komandaları qorumur. Bu şou deyil. Mən məsələn, İtaliya çempionu “Milan”ı meydanda məğlub edən və sonra növbəti nokaut matçını evdə keçirməli olan “Torino”dan danışıram. Mən bu kubok quruluşunu başa düşmürəm. “Torino” İtaliya çempionunu məğlub etdi, 1/8 finalda tarix yazdı və səfərdə oynamalıdır. Bəs İtaliya kubokunun gözəlliyi haradadır?".
