PSJ və "Real"ın sabiq forvardı Xese Rodriqes yenidən klubsuz qalıb.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı hücumameyilli futbolçu "Ankaragücü"ndən ayrılıb.
İspaniyalı forvardın müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. O, paytaxt klubundan ayrılan 8-ci futbolçu olub.
Xesenin adı bir müddət əvvəl "Qarabağ" və "Sabah"la hallanırdı.
