"Barselona" rekorda imza atdı

14:49 - 13 Yanvar 2023

İspaniya superkubokunun yarımfinalında "Betis"ə qalib gələn "Barselona" finala vəsiqə qazanıb.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi bunu etməklə öz rekordunu yeniləyib. Belə ki, "Barsa" tarixində 25-ci dəfə superkubok görüşünə çıxacaq.

Xavinin rəhbərlik etdiyi kollektiv yarımfinalda oyunsonrası penaltilərdə "Betis"i (2:2, p 4:2)məğlub edərək "Real"ın rəqibi olub.

Final yanvarın 15-də Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək.

Xəbər xətti