"Qarabağ"ın rəqibinin futbolçusu Almaniya klubuna keçdi

15:53 - 13 Yanvar 2023

Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Gent"i Andreas Hançe-Olsenlə tərk edib. 

Sportal.az xəbər verir ki, müdafiəçi "Maynts"a keçib. Bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat verib. Andreasla 3,5 illik müqavilə imzalanıb.

"Qarabağ" "Gent"lə fevralın 16-da Bakıda, 23-də isə Belçikada qarşılaşacaq. 

Xəbər xətti