PSJ-nin futbolçusu Premyer Liqa klubunda

16:10 - 13 Yanvar 2023

PSJ-nin futbolçusu Pablo Sarabia karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

 

Sportal.az xəbər verir ki, ispan yarımmüdafiəçi "Vulverhempton"a keçəcək. Premyer Liqa təmsilçisi bu həftə ərzində 30 yaşlı futbolçunun transferini tamamlayacaq.

 

Qeyd edək ki, PSJ Pablo Sarabianı 2019-cu ilin yayında "Sevilya"dan transfer edib. İspaniya millisinin üzvü cari mövsümdə Paris təmsilçisinin heyətində 19 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti