"Beşiktaş" rus futbolçu transfer edir

16:40 - 13 Yanvar 2023

Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Moskva "Lokomotiv"inin yarımmüdafiəçi Dmitri Barinovla maraqlanır. "Qara qartallar" 26 yaşlı futbolçu üçün Rusiya klubu ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Dmitri Barinov "Lokomotiv"in yetirməsidir. Rusiya millisinin üzvü cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti