Klublararası dünya çempionatının püşkü atıldı

20:57 - 13 Yanvar 2023

Bu il Mərakeşdə keçiriləcək klublararası dünya çempionatının püşkatma mərasimi baş tutub.

 

Sportal.az xəbər verir ki, turnirin ilk oyunu Misirin "Əl-Əhli" və Yeni Zelandiyanın "Oklend Siti" komandaları arasında 1/4 finala vəsiqə uğrunda olacaq. Qarşılaşma fevralın 1-də baş tutacaq.

 

Yarımfinal matçları 7-8 fevralda keçiriləcək. 

 

1/4 final
1. "Sietl Saunders" (ABŞ) - "Əl-Əhli" / "Oklend Siti" cütünün qalibi
2. "Vidad" (Mərakeş) - "Əl-Hilal" (Səudiyyə Ərəbistanı)

 

Yarımfinal

"Flamenqo" (Braziliya) - 2-ci cütün qalibi
1-ci cütün qalibi - "Real Madrid" (İspaniya)

Xəbər xətti