Fransanı İngiltərəyə dəyişdi

13:59 - 14 Yanvar 2023

İngiltərənin "Vulverhempton" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Nitsa"dan mario Leminanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

"Vulverhempton" 29 yaşlı yarımmüdafiəçi ilə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. Qabonlu futbolçu yeni klubunda 5 nömrəli forma ilə çıxış edəcək.

 

Qeyd edək ki, Mario Lemina "Nitsa"ya 2021-ci ilin sentyabr ayında "Sauthempton"dan transfer olunmuşdu. Təcrübəli oyunçu cari mövsümdə Fransa klubunun heyətində meydana çıxdığı 22 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti