"Qalatasaray"ın keçmiş hücumçusu karyerasını bitirdi

14:40 - 14 Yanvar 2023

Yunanıstan millisinin sabiq üzvü Konstantinos Mitroqlu futbolçu karyerasını bitirib.

 

Sportal.az xəbər verir ki, "Aris"dən ayrıldıqdan sonra 34 yaşlı hücumçu klubsuz qalıb. Təcrübəli forvard daha sonra Almaniyanın “Rerdt-Şephuizen” həvəskar klubuna keçmişdi.

 

Qeyd edək ki, Mitroqlu karyerası ərzində PSV, "Qalatasaray", "Benfika", "Marsel", "Fulhem" və "Olimpiakos"da çıxış edib. 

Xəbər xətti