"Səbail" fransalı hücumçu transfer etdi

17:36 - 14 Yanvar 2023

"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Qvineya-Bisau əsilli fransalı hücumçu David Qomisi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayı. 30 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, David Qomis son olaraq Fransanın "Pau" klubunda çıxış edib.

Xəbər xətti