Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Kəpəz" dünən ilk yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi Macarıstanın "MTK Budapeşt" komandası ilə qarşılaşıb. Matç Azərbaycan klubunun minimal hesablı qələbəsiylə başa çatıb.
"Kəpəz" yanvarın 16-da "Novi Pazar" (Serbiya), 18-də isə "Kaysar"la (Qazaxıstan) qarşılaşacaq.
"Kəpəz" - MTK Budapeşt (Macarıstan) 1:0
Qol: Fərid Nəbiyev, 34
