Azərbaycan Kiprlə üz-üzə

11:09 - 15 Yanvar 2023

Bakıda həndbol üzrə kişi komandaların 2026-cı il Avropa çempionatının seçmə mərhələ oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün 3-cü tur çərçivəsində Azərbaycan millisi Kiprlə qarşılaşacaq. 

Matç 15:00-da başlayacaq.

Qrupun digər görüşündə isə Böyük Britaniya və Malta komandaları qarşılaşacaq.  Bu oyun saat 12:45-də başlayır.

Bundan əvvəl Azərbaycan Maltanı üstələyib (34:25) Böyük Britaniyaya uduzub (22:39).

Xəbər xətti