"Səbail"in Fransadan gətirdiyi forvarda baxın - VİDEO

11:49 - 15 Yanvar 2023

"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Qvineya-Bisau millisinin forvardı David Qomisi transfer edib. 30 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına "Tulon"da başlamış forvard Fransa aşağı liqasında müxtəlif klublarda oynayıb. O, "Sent-Rafael", "Qazelek Ayaçço", "Klermon" klublarında çıxış etdikdən sonra 2021-ci ildə "Pau"ya keçib. 
 

Xəbər xətti