"Napoli" kosovolu futbolçunun müqavilə müddətini artıracaq

13:54 - 15 Yanvar 2023

“Napoli” Amir Rrahmaninin müqavilə müddətini 2027-ci ilə qədər uzadacaq.

Sportal.az “Calciomercato”ya istinadən xəbər verir ki, müdafiəçinin maaşı illik 2,5 milyon avro olacaq.

Rrahmaninin neapollularla hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatır.

Kosovo millisinin 28 yaşındakı futbolçusu “Partizani”, “RNK Split”, “Dinamo”(Zaqreb), “Lokomotiva”, “Verona”da oynadıqdan sonra 2020-ci ildə “Napoli”yə keçmişdi.

Xəbər xətti