"Qarabağ"ın sabiq üzvü azərbaycanlının məşqçisi oldu

15:48 - 15 Yanvar 2023

Ukraynanın U-21 yığmasının abş məşqçisi Ruslan Rotanın "Aleksandriya"ya baş məşqçi təyin olunması barədə xəbər vermişdik.

Sportal.az xəbər verir ki, Rotanın köməkçilərinin adına da aydınlıq gəlib.

U-21 yığmamızın üzvü olmuş Emil Mustafayevin də formasını geyindiyi klubda "Qarabağ"ın keçmiş futbolçusu Sergey Kravçenko çalışacaq.

O, Rotanın əsas köməkçilərindən biri təyin edilib. Vaxtı ilə Ağdam klubunda oynamış Kravçenko Ukrayna millisində, həmçinin “Dnepr”, “Dinamo”(Kiyev), “Çernomorets”, “Volın” klublarında oynamışdı.

Xəbər xətti