"Sabah"ın futbolçusu "Şaxtyor"un üzvləri ilə görüşdü - FOTO

15:31 - 15 Yanvar 2023

"Sabah"ın heyətində Türkiyədə təlim-məşq toplanışında olan Aleksey Kaşuk "Şaxtyor"un üzvləri ilə görüşüb.

Sportal.az xəbər verir ki, ukraynalı yarımmüdafiəçi Donetsk təmsilçisinin oyunçuları ilə fotosunu instaqram hesabında da paylaşıb.

Fotoda yer alanlardan biri "Şaxtyor"un aparıcı üzvü, "Arsenal" və "Çelsi"yə keçidi gündəmdə olan Mixail Mudrikdir.

Xatırladaq ki, Kaşuk müqavilə ilə "Şaxtyor"a məxsusdur və icarə əsasında "Sabah"da oynayır.

Mirbağırağa

Xəbər xətti